Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA  tələbi
22 aprel 2026 14:41 (UTC +04:00)

Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilənlər Afiq Hacıəliyevin 18 il, 6 ay, Natiq İmamcanovun 4 il azadlıqdan məhrum edilməsini və onun zaldan həbs olunmasını məhkəmədən istəyib.

Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər. Növbəti proses 13 may saat 14:00-a təyin olunub.

Xatırladaq ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəminində tanışı Turan Əliyevə boğazından bıçaqla xəsarət yetirərək, ölümünə səbəb olmuşdur. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev  təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunmuş, Afiq Hacıəliyevə qarşı  cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar