Həbsdə olan "qanuni oğru" və oğlanları  məhkəməyə şikayət etdi
12 sentyabr 2024 10:27 (UTC +04:00)

Həbsdə olan "qanuni oğru" və oğlanları məhkəməyə şikayət etdi

Özbəkistanda həbsdə olan “qanuni oğru” 53 yaşlı Bəxtiyor Kudratullayev və yaxınları barələrindəki həbs qərarlarından apelyasiya şikayəti veriblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Daşkənd şəhər Məhkəməsinin cinayət işləri üzrə kollegiyasının apellyasiya instansiyası Bəxtiyor Kudratullayev və digərlərinin cinayət işi üzrə apellyasiya şikayətinə baxmağa başlayıb.

Xatırladaq ki, iyul ayında kriminal aləmdə “qanuni oğru – Daşkəndli Bəxti” adını almış 53 yaşlı Bəxtiyor Kudratullayev məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin onun oğulları - İxtiyor Kudratullayev 9 il, Bekzod Zəfərov 11 il, qardaşı Şuxrat Kudratullayev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

Mehman Nəbiyev

Oxşar yazılar