Keçmiş "qanuni oğru" öldü
06 sentyabr 2024 13:55 (UTC +04:00)

Keçmiş "qanuni oğru" öldü

Kriminal aləmdə daha çox “Makolya” və ya “Temo Suxumski” kimi tanınan keçmiş “qanuni oğru” Temur Qvasaliya İstanbulda 53 yaşında dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yaxınlarının dediyinə görə, 2019-cu ildə Temoya ağciyər xərçəngi diaqnozu qoyulub və o, gənc yaşlarından istifadə etdiyi dərmanla ağrılarını müalicə edib.

2013-cü ildə “oğru” adı almamışdan əvvəl Temo Moskvada quldurluğa görə ayrı-ayrı vaxtlarda 18 il yarım müddətinə cəza çəkib.

41 yaşında “Makolya” Apakele və dostları Mamulo ilə Xaşbe sayəsində vətəni Gürcüstana qayıdıb və burada kriminal aləmə qoşulub. Suxumidə Temo heç vaxt yerli abxazlarla ortaq dil tapa bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3954
avatar

Mehman Nəbiyev

Oxşar yazılar