Üç uşaq anası olan tiktoker Cəmilə  saxlanıldı
13 noyabr 2026 15:32 (UTC +04:00)

Üç uşaq anası olan tiktoker Cəmilə saxlanıldı

0

Sosial şəbəkədə qeyri-etik hərəkətlər edən daha bir tiktoker məsuliyyətə cəlb olunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 44 yaşlı Cəmilə Əzizova (şərti soyadla) tiktok sosial şəbəkəsində özünə məxsus “c.0303_” adlı profildə canlı yayım açıb. Canlı yayım zamanı bir nəfər şəxs haqqında əxlaqsız ifadələr işlədərək, onu təhqir edib.

Buna görə də, o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

C. Əzizova ifadəsində əməlini etiraf edərək, peşman olduğunu deyib. Araşdırma zamanı Cəmilənin 20, 12 və 8 yaşlı üç övladının olması müəyyənləşib. Məhkəmə bütün bunları yüngülləşdirici hallar kimi nəzərə alıb.

Məhkəmənin qərarı ilə C. Əzizova 500 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar