Lənkəranda oteldə ŞOK:  inzibatçı bıçaqla qadınları   qarət etdi
27 may 2026 10:52 (UTC +04:00)

Lənkəranda oteldə ŞOK: inzibatçı bıçaqla qadınları qarət etdi

0

Lənkəranda naməlum şəxs otellərin birində çalışan iki qadına kəsici alətlə xəsarət yetirərək qızıl-zinət əşyalarını ələ keçirib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin otelin inzibatçısı 49 yaşlı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar