MDB-nin ən nüfuzlu "qanuni oğru"suna  cinayət işi AÇILDI
20 iyun 2025 09:37 (UTC +04:00)

MDB-nin ən nüfuzlu "qanuni oğru"suna cinayət işi AÇILDI

Rusiyanın paytaxtı Moskvada kriminal iyerarxiyada yüksək vəzifə tutduğuna görə kriminal lider Merab Canqveladzeyə qarşı cinayət işi açılıb.

Lent.az xəbər verir ki, o, 1985-ci ildən müvafiq qeyri-rəsmi statusa malikdir. Müttəhim "qanuni oğru" kimi tanınıb və bu, ona Rusiyadakı cinayət strukturlarına nəzarət etməyə imkan verib. Qeyd edilir ki, təqsirləndirilən şəxsin xaricdə hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizləndiyi ehtimal edilir. Onun yeri müəyyənləşdirilir.

Merab Canqveladze həm də Merab Suxumski kimi tanınır. Sovet dövründə bir neçə dəfə məhkum olunub. O, MDB-də kriminal aləmin ən nüfuzlu nümayəndəsi hesab olunur.

2025-ci ilin martında onun qardaşı Levan Canqveladze Tbilisinin mərkəzində güllələnib.

Qeyd edək ki, Merab və Levan Canqveladze qardaşları mərhum azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamları olub. Lakin Ded Xasanın ölümündən sonra ona dönük çıxıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar