Rusiyanın Primorski diyarında kişilər arasında münaqişə bıçaqlanma ilə başa çatıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə rayonun Partizanski rayonunda baş verib. 56 yaşlı kişi və onun 30 yaşlı dostu evdə dincəlirmiş. Bir anda onlar arasında münaqişə yaranıb və davaya çevrilib.
56 yaşlı kişinin qızı baş verənləri görüb və atasını xilas etmək qərarına gəlib.
9-cu sinif şagirdi olan qız atasını üzü göyərmiş və çarəsiz görüb, bıçağı götürərək, qarşı tərəfin ürəyinə batırıb.
Həkimlər hadisə yerinə gəlsələr də, yaralını xilas edə bilməyiblər.
Kişinin oğurluğa görə üç dəfə məsuliyyətə cəlb olunduğu məlum olub.