Moskvada qətl törədən azərbaycanlı qardaşlara HÖKM OXUNDU  - HADİSƏ ANI
06 noyabr 2025 16:28 (UTC +04:00)

Moskvada qətl törədən azərbaycanlı qardaşlara HÖKM OXUNDU - HADİSƏ ANI

0

Rusiyanın paytaxtı Moskvada qətl törədən Şahin Abbasov və qardaşına hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə Şahin Abbasov barəsində 17, Şöhrət haqqında isə 12 il müddətinə azadlıqdan məhrumetmə qərar ıverib. Hər ikisi cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.

Qeyd edək ki, 25 yaşlı Kirill Kovalev və 21 yaşlı Şahin Abbasov arasında münaqişə ötən ilin aprel ayında Moskvada baş verib. Motosikletçi binanın girişi qarşısında park edilmiş avtomobilə görə irad bildirib. Bu, mübahisəyə çevrilib və Abbasov bıçaq çıxararaq Kirilli qarın nahiyəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Abbasov hadisə yerindən qaçıb. Daha sonra o, qardaşları İsa və Şöhrətlə birlikdə Zaporojye vilayətində saxlanılaraq istintaq hərəkətləri üçün Moskvaya gətirilib. Həmçinin, istintaqın versiyasına görə, Şahinə ədalətdən gizlənməyə kömək edən atası Nizam və əmisi Bəxtiyar, eləcə də dostu Naxid Hüseynov da saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar