Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşdü
06 noyabr 2025 18:00 (UTC +04:00)

Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşdü

0

Prezidentin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysla görüşüb.

Lent.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də bildirib. 

Prezidentin köməkçisi Lord Con Alderdaysla görüşdən məmnunluğunu ifadə edib.

Hikmət Hacıyev qeyd edib ki, strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya münasibətlərini daha da genişləndirmək, eləcə də süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsindəki imkanlardan necə yararlanmaq barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar