Abşeron rayonunda gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Qobu və Hökməli qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qrama yaxın narkotik vasitə heroin, 5 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs ifadəsində Hökməli və Qobu qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Qeyd edək ki, təyin edilmiş ekspertiza zamanı Ağamədi Niyazovdan aşkar edilən elektron tərəzinin üzərindən heroin izlərinin aşkar edilməsi və psixotrop maddələrin hazır bükümlər şəklində bölünərək qablaşdırılması onun bir daha narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyə əsas verir.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında onun narkotik maddələri əldə etdiyi mənbənin aşkar olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Ələ keçirilən narkotik maddələr
Narkotiki təbliğ edib satan tutuldu -VİDEO
Abşeronda narkotik satan tutuldu
Oxşar yazılar

Bacanağının evini qarət etdi, 7 il həbs cəzası aldı
31 iyul 2025 , 12:25
Qeyri-adi “qanuni oğru” həbs olundu: Qumar biznesini idarə edirmiş
29 iyul 2025 , 16:02
Bakıda oğlan sevgilisini daşla öldürdü – Məhkəmədə ŞOK ETİRAFLAR
29 iyul 2025 , 14:33
Zaqatala sakini arvadını boğub öldürdü
29 iyul 2025 , 10:10
Məktəbdəki qətlin TƏFƏRRÜATLARI: gözətçini öldürüb, cinsi orqanını kəsdi
28 iyul 2025 , 20:15
Tovuzda 48 yaşlı kişi öldürüldü
28 iyul 2025 , 13:33
Bakıda məsciddə öldürülən Nadirin FOTOLARI - YENİLƏNİB
28 iyul 2025 , 11:43