Abşeron rayonunda qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2007-ci il təvəllüdlü İsrail Moxramov bıçaqlanaraq öldürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.