Ölkəyə "nəzarət"  edən erməni "qanuni oğru" tutuldu
15 may 2026 19:33 (UTC +04:00)

Ölkəyə "nəzarət" edən erməni "qanuni oğru" tutuldu

0

Rusiyanın Orconikidze rayon məhkəməsi əvvəllər məhkum edilmiş 62 yaşlı Ufa sakinini “cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaq” maddəsi ilə həbs edib. O, Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət Şirak Melkonyandan gedir.

Başqırdıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, cinayət işi respublikanın DİN Baş İstintaq İdarəsi tərəfindən cinayət-axtarış idarəsi və regional Federal Təhlükəsizlik Xidmətinin materialları əsasında başlanıb.

İstintaqın versiyasına görə, “qanuni oğru” statusuna malik olan təqsirləndirilən şəxs 2023-cü ilin iyununda Ufa üzrə “nəzarətçi” təyin olunub, 2025-ci ilin oktyabrından isə “polojenes” statusunda bütün respublikaya nəzarət etməyə başlayıb.

Axtarış zamanı onun üzərindən 400 min rubl, “oğru ulduzu” simvolikası olan beş nərd dəsti və kriminal subkultura təsvirləri olan kart dəsti aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar