"Papanin" və "Xütor"da  ƏMƏLİYYAT:   15 nəfər tutuldu
23 avqust 2022 10:44 (UTC +04:00)

"Papanin" və "Xütor"da ƏMƏLİYYAT: 15 nəfər tutuldu

Bakıda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.

Nərimanov rayon Polis İdarəsi əməkdaşları 12, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görməklə istintaqa təhvil veriblər.

Araşdırmalar davam etdirilir.

# 7719
avatar

Mehman Nəbiyev

Oxşar yazılar