Qayınanasıgildən gəlib anasını öldürən  oğulun məhkəməsi BAŞLADI
06 may 2026 16:02 (UTC +04:00)

Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilənin qızı Qurma Zeynalova zərərçəkənin hüquqi varisi kimi tanınıb.

Növbəti proses 12 may 14:15--ə təyin olunub.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub. Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar