Masallıda baltalanaraq öldürülən qadınla bağlı yeni faktlar məlum olub.
Lent.az-ın məlumatına görə, E.Əmənovanın qohumu Həsrət Əmirovun APA-ya bildirib ki, mərhumun meyitinin yanında balta olub: "Evi alt-üst etsələr də, heç nə aparmayıblar. Hətta mərhumun taxdığı zinət əşyaları üstündə idi".
Hazırda cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
saat 11:50
Masallı rayonunda dəhşətli cinayət törədilib.
Lent.az xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Elmira Əmənovanın balta ilə qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib.
Hadisənin tamah məqsədilə törədildiyi ehtimal edilir.
Hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.