Rayonda narkotik əkib-becərən  qardaşlar tutuldu
04 iyun 2024 10:15 (UTC +04:00)

Rayonda narkotik əkib-becərən qardaşlar tutuldu

Saatlıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elnur Qəhrəmanov və qardaşı Samir saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, onların yaşadığı ünvandan 17 ədəd xüsusi aqrotexniki qaydada yetişdirilmiş çətənə kolu aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səxavət Şükürov, Salam Süleymanov, Xəyal Əkbərov, Möhlət Kərimov və Şamo Zeynalov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Oxşar yazılar