Narkotikə görə saxlanılanlar
01 oktyabr 2021 10:21 (UTC +04:00)

Narkotikə görə saxlanılanlar

Rayonda narkotikə görə 11 nəfər tutuldu - FOTO

Narkotiklə tutulanların oğurluq əməlləri də üzə çıxıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran  şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İmran Kərimov, Murad Əlizadə, Əmrah Rəhimov, Sarxan Qubadov, Rəfi Rəhimov, Elvar Cəfərov, Nail Cəfərov, Elxan Nəcəfov, Rasif Əliyev, Elçin Nəzərov və İlqar Rəhimov saxlanılıblar. Onların üzərindən satış üçün hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxslərdən biri – Ə.Rəhimovun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Lənkəran rayonun sakini Məqsəd Beyçayevlə birlikdə 3 ev və 3 mağazadan qızıl-zinət əşyaları, nağd pul, danışıq kartları və tütün məmulatları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslərdən N.Cəfərov və İ.Rəhimovun isə ayrı-ayrılıqda müxtəlif ünvanlardan məişət və təmir tikinti avadanlıqları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1908
avatar

Mehman Nəbiyev

Oxşar yazılar