“Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU
15 aprel 2026 16:04 (UTC +04:00)

“Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Bakının Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan “Referans" klinikasının Mərdəkan filialının direktoru olmuş Vasif Kərimovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Vasif Kərimovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib. Ona Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib. Tərəflər arasında barışıq olub, V.Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən ilin 16  iyul tarixində  günorta saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. "Yüksəliş" Yaşayış Kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Vasif Kərimov yaşadığı binanın qarajında həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanı ov tüfəngi ilə güllələyib. Qadın güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə V.Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar