"Saxta sənədlə prokurora da mobil nömrə satmışam" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ
22 yanvar 2025 12:54 (UTC +04:00)

"Saxta sənədlə prokurora da mobil nömrə satmışam" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ

Külli miqdarda dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirləndirilən, əvvəllər məhkum olunan Rufan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə  prosesdə zərərçəkmiş qismində tanınan Tural Zeynalov ifadə verib.

Məlum olub ki, Rufan Qasımov ona saxta etibarnamə ilə bahalı mobil nömrələr satıb:

"16 min manat verib 2 dənə 211 ilə başlayan Azərsell nömrə almışam. Pulu yaxınlarım olan İlkin və Soltan adlı şəxslərlə göndərmişəm. Hər nömrəyə görə, 500 manatda dövlətə rüsum keçirmişəm. Sonra hərəsini 11 min manata başqa şəxslərə satmışam. Bir müddətdən sonra məlum olub ki, mənə satılan mobil nömrələrin etibarnaməsi saxtadır. Etibarnamələr 6 saylı cəzaçəkmə müəssisəsindən Tahir Səfərəliyev adlı şəxsin adına verilib. Mən dəymiş ziyanı tələb edirəm".

Məhkəmənin növbəti gedişində təqsirləndirilən şəxs Rufan Qasımov bir çox şəxslərə saxta etibarnamə ilə bahalı mobil nömrələr satdığını etiraf edib: "Xaçmazın prokuroruna da saxta sənədlə nömrə satmışam. Anam onkoloji xəstə idi, 21 gündən bir 9 min manat xəstəliyinə pul lazım olurdu, haradan tapardım o qədər pulu?".

Təqsirləndirilən şəxs Rufan Qasımov 2 vəsatətlə məhkəməyə müraciət etdi. Hakim isə vəsatətlərə baxılmasını növbəti məhkəmə prosesinə saxladı.

Həmçinin məhkəmə istintaqının gedişi zamanı məlum oldu ki, Rufan Qasımov barədə Bakı Ağır Cinayətlər Məhkəməsi və Suraxanı Rayon Məhkəməsində başqa cinayət işləri davam edir. 

Məhkəmə prosesi fevral ayının 12-nə kimi təxirə salındı. 

Qeyd edək ki, cinayət işində 3 nəfər şəxs və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC zərərçəkmiş şəxs qismində tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi dövlət sənədlərinin saxtalaşdırılması) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10623

Oxşar yazılar

Dərbənddə  DƏHŞƏT:   Polisi döyüb öz silahı ilə güllələdiər

Dərbənddə DƏHŞƏT: Polisi döyüb öz silahı ilə güllələdiər

9 fevral 2025 , 18:15
17 yaşlı oğlan adapter üstündə  küçədə öldürüldü

17 yaşlı oğlan adapter üstündə küçədə öldürüldü

8 fevral 2025 , 18:50
80 yaşlı atasını baltaladı

80 yaşlı atasını baltaladı

8 fevral 2025 , 16:38
Qadın mağazada ərini güllələyib öldürdü

Qadın mağazada ərini güllələyib öldürdü

8 fevral 2025 , 15:18
Oğuzda narkotacirlər həbs olundu - VİDEO

Oğuzda narkotacirlər həbs olundu - VİDEO

8 fevral 2025 , 12:00
Lənkəranda ər arvadını  bıçaqladı

Lənkəranda ər arvadını bıçaqladı

8 fevral 2025 , 10:01
"Oleq Bakinski" ev dustaqlığına  çıxmaq istəyir

"Oleq Bakinski" ev dustaqlığına çıxmaq istəyir

7 fevral 2025 , 18:00
Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

7 fevral 2025 , 12:58