Səfirlikdəki mənimsəmə işinin məhkəməsi: “Artıq çarəm qalmayıb”
22 dekabr 2025 13:42 (UTC +04:00)

Səfirlikdəki mənimsəmə işinin məhkəməsi: “Artıq çarəm qalmayıb”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs Rafiq Göyüşov  ifadə verib.

O ifadəsində 2003-2018-ci illərə kimi Amerika səfirliyində evlər üzrə köməkçi işlədiyini deyib:

"1997-ci ildə səfirin sürücüsü olmuşam. Mənə elan edilən cinayət işi ilə əlaqəm yoxdur. İşlədiyim vaxt ərzində evlərdə 70 dən çox amerikalı ailə yaşayıb. İttiham üzrə özümü təqsirli bilmirəm. Mənim gündəlik həftəlik aylıq hesabatlarım olub. Artıq çarəm qalmayıb. Neynəyim? Gedib özümü səfirliyin qarşısında yandırım?".

Daha sonra R.Göyüşov dövlət ittihamçısının, vəkillərin suallarını cavablandırıb. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğuna görə məhkəmə bu ifadənin səsləndirilməsi üçün

növbəti məhkəmə prosesi  19 yanvar saat 12:00-a olunub.

Xatırladaq ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham edilir.

O, ümumilikdə yarım milyon manatdan çox vəsaiti qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar