Sələmçi qadının "ölüm işi"ndə hərbçi DANIŞDI
16 fevral 2026 18:03 (UTC +04:00)

Sələmçi qadının "ölüm işi"ndə hərbçi DANIŞDI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda sələmçini xüsüsi amansızlıqla öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə iclası kecirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid H.O təqsirləndirilən Elçin Vəliyevi tanımadığını bildirib: "Mən hərbçiyəm. Həmin gün istirahət günüm idi, evimdə yatmışdım. Qəfil gələn səsə yerimdən dik atılaraq oyandım. Paltarımı geyinib tez həyətə qaçdım. Gördüm ki, Təravət xanım yerdə qan içindədir, qonşular da başına toplaşıb. Onun qapısının qabağında yerdə qanlı bir  bıçaq vardı. Təravət xanım güclə mənə telefonunu verdi ki, sağ qolumu işlədə bilmirəm, kömək elə qızımı yığaq. Evin qapısı da açıqdır, qazı söndürmək yadından çıxmasın. Mən də kömək elədim, qızına zəng etdim. Çox keçmədən təcili yardım gəldi, xanımı "Semaşko"ya apardılar". 

Məhkəmə istintaqının tamamlandığını elan edib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti  məhkəmə 23 fevral saat 17:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçiliklə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.

Faktla baglı cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar