Söyüşə görə həmkəndlisini bıçaqladı
27 may 2023 09:39 (UTC +04:00)

Söyüşə görə həmkəndlisini bıçaqladı

Göygöldə bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Mollacəlilli kəndində baş verib. Kənd sakini Nağızadə Ayxan Elçin oğlu aralarında yaranmış münaqişə zamanı həmkəndlisi Əhmədov Nəsrəddin Yamən oğlunun qarnına bir ədəd bıçaq xəsarəti yetirib.

Məlumata görə, hadisəyə səbəb söyüş olub. Belə ki, N. Əhmədovun Ayxan barəsində nalayiq ifadələr işlətdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb və A. Nağızadə saxlanılıb.

# 2448
avatar

Mehman Nəbiyev

Oxşar yazılar