Ukraynada azərbaycanlı şəhər meri  BIÇAQLANDI
27 may 2026 14:15 (UTC +04:00)

Ukraynada azərbaycanlı şəhər meri BIÇAQLANDI

0

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin azərbaycanlı meri Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.

Lent.az xəbər verir ki, hadisə dünən saat 10:40-da qeydə alınıb.

Hücum edən şəxs merə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirib. Yaralanan İsayev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Cinayətdən sonra şübhəli hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun yerini müəyyənləşdirməyə çalışır.

Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Yerli Telegram kanallarının məlumatına görə, hücum edən şəxs yerli fermerdir və hadisədən əvvəl şəhər şurasının yaxınlığında İsayevlə mübahisə edib.

Xatırladaq ki, Hilal İsayev Azərbaycan əsillidir. O, Dnepr Dövlət Aqrar-İqtisadi Universitetini bitirib, “Kaspi” adlı özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib. 2015-ci ildə Batkivşçina partiyasından Dnepropetrovsk Vilayət Şurasının 7-ci çağırış deputatı seçilib. 2019-cu ildə eyni partiyadan Ali Radaya namizəd olsa da, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar