Yaşlı valideynlərinə qulluqdan bezən oğuldan  DƏHŞƏT:   onları...
18 avqust 2021 19:20 (UTC +04:00)

Yaşlı valideynlərinə qulluqdan bezən oğuldan DƏHŞƏT: onları...

Oğul yaşlı valideynlərini öldürüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Yaponiyanın Fukuoka şəhərində iyun ayında baş versə də, təqaüdçülərin ölümü yalnız indi məlum olub.

Məlumata görə, 59 yaşlı Dzyunci Matsumoto əvvəlcə 88 yaşlı atasını öldürüb. Bu dəhşətli səhnənin şahidi olan 87 yaşlı anasını isə tellə boğub. Oğul valideynlərinin cəsədini soyuducuda saxlayırmış.

Uzun müddət telefon zənglərinə cavab vermədiklərindən narahat olan yaşlıların itkin düşməsi barədə polisə tanışları məlumat verib. Qatil hüquq -mühafizə orqanlarının əməkdaşlarına valideynlərinə qulluq etməkdən bezdiyini və onlardan canını qurtardığını deyib.

# 10227
avatar

Oxşar yazılar