Zaurun verilişinə çıxan "Ramin Yeraz" tutuldu -  VİDEO
27 aprel 2021 17:35 (UTC +04:00)

Zaurun verilişinə çıxan "Ramin Yeraz" tutuldu - VİDEO

Narkotik vasitələrin təbliğində şübhəli bilinən "Ramin yeraz" adlı sosial şəbəkə istifadəçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsində müvafiq tədbirlər görülüb.

Nizami rayon sakini olan Ramin İsmayılov narkotik  vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. 

Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb. 

Qeyd edək ki, "Ramin yeraz" bir müddət əvvəl Zaur Baxşəliyevin "Bizimləsən" verilişinə çıxaraq uşağını və keçmiş həyat yoldaşını axtardığını deyib.              

Ramin Yeraz saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39672
avatar

Mehman Nəbiyev

Oxşar yazılar