Nazpəri Dostəliyevaya qarşı məhkəmə prosesi dayandırılıb
16 mart 2009 13:30 (UTC +04:00)

Nazpəri Dostəliyevaya qarşı məhkəmə prosesi dayandırılıb

Məhkəmə şadlıq evlərindən cavab gözləyir

1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialının Azərbaycanın xalq artisti Dostəliyeva Nazpəri Əhmədəli qızına qarşı qaldırdığı iddia əsasında martın 16-na təyin edilmiş məhkəmə prosesi keçirilməyib. Bu barədə Lent.az-a məhkəmədən məlumat verilib. Məhkəmədən bildirilib ki, həmin iş üzrə icraat qeyri-müəyyən müddətədək dayandırılıb. Buna səbəb məhkəmənin müvafiq şadlıq evlərinə göndərdiyi sorğulara cavab verilməməsidir. Sorğulara cavab alınandan sonra hər iki tərəfə bildiriş göndəriləcək və növbəti məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, departament müğənnini vergidən yayınmaqda günahlandıraraq, vergi borcunun ödənilməsini istəyir. İttihamnaməyə görə, N.Dostəliyeva 2007-ci ilin dördüncü rübündə 3 müxtəlif toyda iştirak edərək qazanc götürsə də, əldə etdiyi vəsaitdən vergi ödəməyib. Sənəddə qeyd olunub ki, müğənni toyların ikisindən ayrı-ayrılıqda 7 min, birindən isə 5 min manat qazanc əldə edib. Departament ümumilikdə 19 min manat gəlirdən 4%, yəni 760 manat vergi ödənmədiyini iddia edərək, bu məbləğdə vəsaitin ödənilməsini tələb edir.

Toylardan birinin “Mona Liza”, ikincisinin “Kral” restoranında olduğu iddia edilir. Digər toyun hansı restoranda baş tutduğunu dəqiqləşdirmək mümkün olmayıb.

Müğənninin vəkili Yunis Vəliyev qeyd olunan ittihamları rədd edir.

Pərvin ABBASOV
# 1220

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50