59 yaşlı DJ 10 gün dayanmadan işləyib  REKORDÇU oldu
18 oktyabr 2024 18:22 (UTC +04:00)

59 yaşlı DJ 10 gün dayanmadan işləyib REKORDÇU oldu

0

Təxminən 10 il əvvəl polşalı DJ Norberto Loko klubda 200 saat dayanmadan işləyərək Ginnes rekordu müəyyənləşdirmişdi. Məlum olub ki, bu son hədd deyil.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, əsl adı Fabrizio Morero olan Faber Moreira ondan 44 saat daha çox dayana bilib və yeni rekord vurub.
Beləliklə, hazırkı dünya rekordu 10 gün 4 saatdır.

İtaliya sakini mayın 15-də Saluzzo şəhərində yerləşən klublardan birində rekord qırmağa başlayıb.

Səhnədə, DJ-in işi üçün lazım olan hər şeydən əlavə, çarpayı da olub, qısa fasilələr zamanı rekordçuya uzanmağa icazə verilib. DJ fəaliyyətinin hər saatı üçün 5 dəqiqə fasilə götürərək, gün içində cəmi 2 saat dincəlib.

Moreiranı izləyən şahidlər onu oyaq saxlamaq üçün üzünə buzlu su çiləyiblər.

DJ bu müddətdə qəhvə, siqaretdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3837

Oxşar yazılar