Ancelina Coli məhkəmədə keçmiş ərinə uduzdu
17 noyabr 2020 19:42 (UTC +04:00)

Ancelina Coli məhkəmədə keçmiş ərinə uduzdu

0

Hollivud aktrisası Ancelina Coli məhkəmədə keçmiş əri Bred Pittə uduzub. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, aktrisa hakim Con Oderkirki boşanma prosesindən uzaqlaşdırmaq istəyib, bunu Pittin vəkillər qrupu ilə iş əlaqəsi olduğu iddiasıyla izah edib.

O, Oderkirkin dörd ildir boşanma məsələsi ilə məşğul olduğunu ədalətsiz adlandırıb.

Kaliforniya Ali Məhkəməsi Oderkirkin keçmiş həyat yoldaşlarının işi üzərində işləməyə davam edəcəyinə qərar verib. Cütlüyə yaxın bir mənbə, Colinin qərarlarından narazı olduğu üçün hakimin vəzifəsindən kənarlaşdırılmasını istədiyini iddia edib.

Məhkəmə sənədlərinə görə, aktrisa həmişə Oderkirkin Pittin maraqlarını təmsil edən bir vəkillik şirkəti ilə işlədiyini bilirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1602

Oxşar yazılar