Afət Floranı oğlunun toyuna çağırdı: "Əlindən öpəcəm"
25 sentyabr 2024 12:37 (UTC +04:00)

Afət Floranı oğlunun toyuna çağırdı: "Əlindən öpəcəm"

0

Müğənni Afət Fərmanqızı bir zamanlar məhkəmə çəkişməsi yaşadığı Xalq artisti Flora Kərimovanı oğlunun toyuna dəvət edib. 

Lent.az xəbər verir ki, o, bu barədə qatıldığı teleproqramda danışıb.

"Oğlumun toyu oktyabrın 7-də olacaq. Şad olaram ki, Flora Kərimovanı oğlumun toyunda görüm, əllərindən öpüm. Hüquq müstəvisində hər şey öz həllini tapıb. İstəmərəm sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa yaşda idim, indi başqa", - deyə o bildirib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün  məhkəməyə vermişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7626

Oxşar yazılar