AVRO-2020:   Biletlərin ləğvi başladı
10 may 2021 14:16 (UTC +04:00)

AVRO-2020: Biletlərin ləğvi başladı

AVRO-2020 üçün sifariş olunan biletlərin ləğvi və pulların qaytarılmasına başlanılıb.

Apasport.az saytının məlumatına görə, UEFA onlayn bilet əldə edənlər arasında püşkatma keçirib.

Bəxti gətirməyən azarkeşlər bu barədə bildiriş alıb. Onların bileti ləğv edilib və ödədikləri vəsait geri qaytarılır.

Buna səbəb oyunların məhdud sayda tamaşaçı önündə keçirilməsidir. Biletlər Bakı və Avropanın digər 10 şəhərinin qəbul edəcəyi yarışda tamaşaçı sayını tənzimləmək üçün geri qaytarılır.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

# 2811
avatar

Oxşar yazılar