Bahar Lətifqızının pulunu vermədilər
07 oktyabr 2024 11:07 (UTC +04:00)

Bahar Lətifqızının pulunu vermədilər

Müğənni Bahar Lətifqızı oxuduğu toydan pulunu ala bilməyərək qayıdıb.

Lent.az-ın məlumatına görə, bu barədə müğənni özü sosial şəbəkə hesabında  məlumat yayıb.

 O bildirib ki, gecə saat  11 tamamda dəvət olunduğu toydan çıxıb və toydan onu əliboş yola salıblar.

“Toya öz ansamblımla yox tək dəvət olunmuşdum. Məni müşayiət edən ansamblın səs texnologiyası bərbad vəziyyətdə idi.Hər nə qədər çalışsam da istədiyim effekti ala bilmədim. Toy sahibi irad bildirdi. Əsəbiləşmişəm, mənim pulumu vermir, barı musiqiçilərin pulunu versin. 6 saat canlı canlı toy oxumuşam. Allaha həvalə edirəm” deyə müğənni bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar