Bülent Ersoy gəlinlik geyindi
01 may 2023 10:22 (UTC +04:00)

Bülent Ersoy gəlinlik geyindi

Tez-tec imic dəyişikliyi və dəbdəbəli geyimləri ilə gündəmdən düşməyən türk musiqi sənətinin divası Bülent Ersoy uzun fasilədən sonra yenidən kazino səhnəsinə çıxıb. Maslak Yeni Kazinoda heyranları ilə görüşən sənətkar ağ libası ilə gəlinə bənzədilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bülent Ersoy Gülşah Saracoğlunun  kolleksiyasından “Ağ zanbaq” adlı libasla səhnəyə çıxıb.

Keçən dəfəki konsertində yer tapa bilməyən tmaşaçıları üçün oturacaq sayının 25 faiz artırıldığı bildirilir.

Bülent Ersoy səhnəyə çıxarkən “gəlıin kimiyəm, Maşallah” deyərək ifasına başlayıb.
Konsert başa çatsa da, diva sevənlərinin tələbi ilə 3 dəfə yenidən səhnəyə qayıdıb və əlavə mahnılar oxuyub.

# 2139
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar