Didye Deşam rekordçu oldu
15 iyul 2026 05:43 (UTC +04:00)

Didye Deşam rekordçu oldu

0

Fransa milli komandasının baş məşqçisi Didye Deşam dünya çempionatlarında milli komandanın sükanı arxasında keçirdiyi oyunların sayına görə təkbaşına rekordçu olub.

Lent.az Sport24.ru-ya istinadən xəbər verir ki, DÇ-2026-nın İspaniyaya qarşı yarımfinal qarşılaşması 57 yaşlı mütəxəssis üçün dünya çempionatlarında baş məşqçi qismində 26-cı oyun olub.

Bu göstərici ilə Deşam hesabında 25 oyun olan Almaniya Federativ Respublikasının (AFR) sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub.

Qeyd edək ki, 2012-ci ildən Fransa millisinə rəhbərlik edən Didye Deşam komandanı 2018-ci il dünya çempionatında qələbəyə çatdırıb, həmçinin 2022-ci il turnirinin finalına çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar