Müğənni Manaf Ağayev "Xəbər-ətər" verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, ifaçı proqramda bildirib ki, xoş olmayan məlumatlar dərc olunur:
"Mənim necə insanlarla dostluq etdiyimi hər kəs bilir. Mənim dünyanın hər yerində evim var. Yəni dünyanın harasına gedirəmsə, məni yaxşı qarşılayırlar. Televiziya proqramlarında evimi, maşınımı bilərəkdən göstərmirəm. Aparıcılar dəfələrlə zəng edir, xahiş edirlər. Daha sonra saytlar xəbərlər yazırlar. İndi heç kim küçədə qalmır, hamının evi var. Aparıcılardan xahiş edirəm ki, evimi çəkməsinlər".