Hadisəni  ŞANTAJ ETDİLƏR:   Hamilə, abort...
23 noyabr 2022 19:22 (UTC +04:00)

Hadisəni ŞANTAJ ETDİLƏR: Hamilə, abort...

Türkiyənin məşhur ulduzu Hadisə Açıkgöz təhdid və şantaj olunduğunu açıqlayıb.

Lent.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşaraq, bildirib ki, bir qrup şəxs onun haqqında şayiələr yayır:

"Təhdid və zorakılığa məruz qalan bütün qadınlara səslənirəm. Susmayın. Mən də susmuram və əsla susmayacağam. Əlbətə, Hadisə olmağın bir əvəzi var. Məşhur biriləri olaraq göz önündəyik, bizi sevən də olacaq, sevməyən də. Məni bilirsiniz ki, ümumiyyətlə, danışmıram və ədalətə həmişə güvənirəm. Amma bu dəfə söyləyəcəklərim var. Karyeram boyunca heç kimlə polemikaya girmədim. Mənə "Roberto Karlos ayaqlı", "piyli" deyənlər oldu. Daha nələr söylədilər, amma həmişə susdum. 

Hər şeydən əvvəl mən bir qadın, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, mən neçə dəfə hamilə qalıb, abort etmişəm. Onlar ötən günlərdə göz həkimindən çıxarkən yenə abort etdirdiyimi söylədi. Bu adamlara görə məşuqə də oldum. İl yarımdır ki, bu insanlar tərəfindən şantaj olunuram. İnsan deyirəm, amma bu insanlığa yaraşan bir şey deyil. Onların materialı deyiləm, insanam. Bu adamlar sözün əsl mənasında şəxsi həyatıma təcavüz edirlər. Şantaj, hədə-qorxu... Sırf Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər?".

Onun sözlərinə görə, Türkiyənin Ədliyyə Nazirliyinə müaciət edib:

"Bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə səslənirəm. Bu, şantajdır, təhdiddir, şəxsi həyatıma rəsmi təcavüzdür! Heç bir məşhuru və qadını bu cür təhdid, şantaj etmək olmaz. Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacağam! Təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış və yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacağam.

Sən kimsən? Sən Allahsan? Mənim bu dünyada heç kimə verəcəyim hesabım yoxdur! Burada mən Türkiyə ədalətinə səslənirəm və ona güvənirəm. Hər kəs haqqında beldən aşağı danışmaq haqqı görən bu maqazin proqramları mütləq nəzarət altına alınmalıdır. Sizin maqazin dediyiniz şey insanları təhdid etmək deyil”.

Qeyd edək ki, bu paylaşım sosial şəbəkələrdə gündəmə çevrilib. Hətta bəzi izləyicilərin sözlərinə görə, Hadisə "Söylemezsem olmaz" proqramında aparıcılar - Seren Seengil, Bircan Bali və Arto Dalga tərəfindən linç olunur. Onlar müğənninin şəxsi həyatı barədə ironik şərhlər verir, qurşaqaltı zarafatlar edirlər. 

Xatırladaq ki, 7 ay əvvəl iş adamı Mehmet Dinçerler ilə ailə quran Hadisə Açıkgöz ondan sentyabr ayında boşanıb.  

 

# 2793
avatar

Nigar Namiq

Oxşar yazılar