“Lazımsızlar həyatımdan çıxdı, gözəl sevgi yaşayıram” - Renka sevgilisindən danışdı
02 oktyabr 2023 17:03 (UTC +04:00)

“Lazımsızlar həyatımdan çıxdı, gözəl sevgi yaşayıram” - Renka sevgilisindən danışdı

Lent.az-ın bugünki müsahibi “Black Angel” adı ilə tanınan məşhur rəqqasə Rəna Ağamuradovadır (Renka).

- Renka adını seçməyinizə nə səbəb oldu? Niyə Renka?

- Adım Rənadır. Uşaq vaxtından hamı mənə “Renka” deyirdi deyə özümə bu adı seçdim. Həmişə saçlarım qara idi, özümdə qarayanız idim deyə elə bu ləqəbi seçdim. Sonra elə “instagram” adımı da “renka black angel” qoydum.

- Ölkəmizdə çox önəmli günlər yaşanır, Azərbaycan düşmənin işğal etdiyi bütün torpaqlara bayraq sancır. Siz bu günləri necə yaşayırsız? Bu günlərlə bağlı yeni yaradıcılığınız olacaq?

- Belə zamanlarda daha çox diqqətli davranmaq lazımdır. Həmişə düşünmüşəm ki, paylaşımlarımıza da fikir verməliyik. Düşmənlərimiz baxıb sevinməsin və bölgələrdən də heç nə paylaşmayaq. Bildiyimiz kimi, sentyabrın 27-si “Anım günü” idi və mən hər il dönümündə çox məyus oluram. Ümid edirəm ki, təki hər şey bitsin, artıq şəhidlərimiz olmasın bu hissləri birdə yaşamayaq. Çünki adam baxdıqca çox pis üzülür. Əlimdən gəldiyi qədər şəhid və qazi ailələrinə yardlm edirəm. Qazimizin xınasında iştirak etmişəm. Amma bu haqda danışmağı çox sevmirəm.

- Bir rəqs paltarını neçə dəfə geynirsiniz?

- Elə rəqs paltarı var ki, dəhşət sevirəm və əl çəkə bilmirəm çünki rahatdı. Yayın paltarı ayrı olur, qışın paltarı tamam fərqli olur. Məsələn qışda geyindiyim paltar mənə yayda isti olur. Yayda daha çox ipək parçadan olan geyimlərə üstünlük verirəm. Rəng baxımından da ən çox qara, ağ və göyə üstünlük verirəm.

- Nə zaman bu işə başlamaq qərarı aldınız?

- Mənim uşaq vaxtımdan həvəsim var idi. Gözümü açandan özümü tanıyandan bunu istəmişəm. Sadəcə bilirdim ki, mənə bunu etməyə  icazə verməyəcəklər. Məndə hər zaman səbir ilə gözləyirdim. Bir anda gözləmədiyim anda alındı və bu işə başladım.

- Ailənizdə bu işə ən çox müdaxilə edən kim oldu?

- Elə mənim ən böyük dəstəkçim ailəm olub. Onlar hər zaman mənim yanımda olublar. Bacımda mənə çox kömək olub. Eyni zamanda da  mənim menecerimdir.

- Sizi bu sənətə görə qınayan məşhurlar oldu, və ya dəstəkləyən?

- Məşhurlaşmağımın ilk səbəblərindən biri Fərid Mehdiyevin klipinə çəkilməyim oldu. Köməyi dəyənlərdən biri də rəqqasə Fatimə idi. Xınalarına dəvət elədi, tanış oldu mənimlə və belə-belə dost olduq. Mən həmişə demişəm ki, Fatimə mənim böyük bacımdı. Və Allah Rəhim Rəhimli rəhmət eləsin, o da mənə çox dəstək olub. Təbii ki, paxıllar da çox olub, amma onlara məhəl qoysa idim indi bu yerdə olmazdım.

- Ən bahalı rəqs paltarınızın qiyməti neçə olub?

- Ən bahalısı 3000 dollar olub. O zaman təzə-təzə vaxtlarım idi, bütün pullarımı ona tökürdüm. Sonra düşündüm ki, sadəlik daha yaxşıdı. Amma bir nöqtədə düşünürəm elə bəlkə onunla tutuzdurmuşam, görünüş də önəm daşıyır bu işdə.

- Bu sənətə gələndə həyatınızdan kimləri çıxardınız?

- Bəzi dostlarımı çıxardım həyatımdan. Ən əsası da bu karyeranı seçəndən sonra öz həyatımı bağladım. Çünki kim mənə müdaxilə eləməyə çalışırdısa, onu özümdən uzaqlaşdırırdım. Mən icazə vermirdim kimsə mənə qarışsın. Hamı bilir ki, bu sənəti qızlara, xına məclislərinə mən sevdirmişəm. Bu rəqsi qadınlar arasına mən salmışam. Mən bütün günü “instagram” da uşaqlarımı, adi həyatımı paylaşırdım. Bizi əvvəllər ev yıxan, kişilərdən istifadə edən biri kimi qələmə verirdilər. Mən də başladım hamı kimi normal həyatımı təqdim etməyə. Məndən olsa heç makiyaj da etmərəm sevmirəm, amma bu işimin bir parçasıdır. Mən hər zaman demişəm bu sadəcə sənətdir, yaşadığım həyatda bu cür deyiləm.

- Bu il həyatınızda necə bir dəyişikliklər oldu?

- Ev aldım bu mənim ən böyük nailiyyətlərimdən biri oldu. Rəqs məktəbi açdım və bu mənim arzularımdan biri idi. Lazımsız insanlar həyatımdan çıxdı. Yaxşı yeni insanlar qazandım. Ona görə çox şadam. Allahımdan çox razıyam şükür bu günümə. Artıq gözəl bir sevgi yaşayıram. Ən əsası isə aramızda hörmət var, mənim üçündə vacib olan budur. Həyatımda belə bir insan demək olar ki, olmamışdı. Hələ ki hər şey çox yaxşıdır, dözür mənə.

- Keçmiş yoldaşınızla sevib evlənmisiniz, ya ailə məsləhətli? Kişilərdə ən çox sevmədiyiniz xüsusiyyət nədir?

- 19 yaşım var idi ilk gözümü açıb onu görüb, onu sevmişəm. Yeddi il ailəli olmuşam, onunla həyat qurmuşam. Çox böyük təşəkkürümü də bildirirəm ki, mənə iki gözəl övlad verib. Hər zaman danışırıq, dost kimi ayrılmışıq. Ən gözəli də arada hörmət saxlayaraq ayrılmağımız idi. O, mənim üçün doğma insandır.

Kişidə sevdiyim xüsusiyyət xarizmatik, qayğıkeş olmasıdır. Qayğı olmasa o dəqiqə gedərəm. Sevmədiyim isə kişinin paxıl, yalançı olamsıdı. Paxıl olanda heç çəkə bilmirəm, elə kişiləri anlaya bilmirəm. Paxıl insanlardan zəhləm gedir.

- Elə bir hal olub ki, işinizi atmaq istəyəsiniz?

- Olub amma canım ağrıyanda. Qışda 40 dərəcə qızdırma ilə oynayanda. Evə qayıdanda tir-tir əsəndə fikirləşmişəm ki, atım. Düzələn kimi yenə eyni, ancaq o anlarda demişəm belə heç vaxt peşman olmamışam bu sənəti seçməyimə.

- İlanla rəqs edərkən heç qorxduğunuz zaman olub?

- Bəli olub. Mən Ukraynaya getmişdim festival var idi. Dedim ki, ilanla oynayacam. İlanda burdakı, ilan deyildi orda başqasını tapdım. Çox uzun idi, həm də yekə. Soruşdum ki, ağzını bağlayacaqsınız onlar mənə qəribə baxdı ki, yox. Mən bütün rəqsi elə oynadım onda həqiqətən çox qorxmuşdum, tir-tir əsirdim.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12360
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar