Məşhur cütlüyün tətilə xərclədiyi pul "DODAQ UÇUQLATDI"
28 iyul 2022 10:33 (UTC +04:00)

Məşhur cütlüyün tətilə xərclədiyi pul "DODAQ UÇUQLATDI"

Türkiyənin məşhur müğənnisi Hadise və həyat yoldaşı Mehmet Dinçerler tətilə yollanıblar. 

Lent.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Marmarisdə istirahət edəndən sonra onlar Bodrumda 1 həftəlik villa kirayələmək qərarına gəliblər. Cütlük lüks villaya görə 764 min TL (73 min manat) ödəyəcək. 

Jurnalistlərin kameralarına görünmək istəməyən Hadise və Mehmet dəniz əvəzinə, villanın hovuzuna üstünlük veriblər. 

Qeyd edək ki, müğənni Hadise iş adamı sevgilisi Mehmet Dinçerler ilə bu ilin aprel ayında səssiz-səmirsiz evlənib.

# 3486
avatar

Nigar Namiq

Oxşar yazılar