Məşhurların evlilikləri  - 7 dəfə evlənən də var, 3 gün evli qalan da
24 yanvar 2023 20:15 (UTC +04:00)

Məşhurların evlilikləri - 7 dəfə evlənən də var, 3 gün evli qalan da

Məşhurların şəxsi həyatları da hər zaman tamaşaçılarının maraq dairəsində olub. 

Lent.az film və proqramlarını sevərək izlədiyimiz populyar şəxslərin şəxsi həyatları barədə maraqlı faktları təqdim edir.

“Möhtəşəm yüz il” serialının Sultan Süleymanı Halit Ergencin ilk evliliyi aktrisa Gizem Soydanla olub. Gizem Soydan bir zamanlar “Arka sokaklar” serialında komissar rolunu ifa edirdi. “Min bir gecə” serialının çəkilişləri zamanı aktrisa Bergüzar Korelə aşiq olan Halit xanımı ilə boşanıb ona evlənib. Boşanmaq üçün Gizemə 225 000 lirə təzminat ödəyib. Hazırda Bergüzar və Halitin 3 övladı var.

Acun Ilıcalı  evlənib-boşanmaları ilə gündəmə gəlib. Zeynəb Yılmaz və Şeyma Subaşı ilə evliliyi çox bilinsə də, onun 19 yaşında Seda Başbuğ ilə evli olduğunu az adam bilir.


 
Qocalsa belə, şahanə gözəlliyini itirməyən Nebahat Çehre gəncliyində məşhur aktyor, “çirkin kral” ləqəbli Yılmaz Güneylə evli olub.  Nebahat 1982-ci ildən bəri tənha yaşayır.

Sezen Aksu ilk dəfə 1972-ci ildə iş adamı Hasan Yüksektepe ilə evlənib. Bu evlilik 3 gün sürmüş, boşandıqdan sonra Hasan “Minik Sərçə”nin ən yaxın dostu Baharla evlənmişdi. Sezen Aksunun sevgili sarıdan bəxti gətirməyib. Onun  ikinci sevgilisini isə əlindən məşhur müğənni Yıldız Tilbe oğurlamışdı.

 Seda Sayan 7 dəfə ailə qurub. Onun ilk əri Ridvan Kılıc adlı futbolçu olub. Hər zaman özündən çox gənc sənət adamları ilə ailə quran Seda xanımın bu evliliklərinin saxta olduğunu düşünənlər də var. Deyirlər, o məşhurlaşmaq istəyən gənc sənətçilərlə müqavilə əsasında evlənib, onları populyar etdikdən sonra boşanır və bu yolla pul qazanır.

Emel Sayın  da bir neçə dəfə ailə quran məşhurlardandır. O İsmet Kasaqboğlu adlı iş adamı ilə iki dəfə evlənib boşanıb. Hazırda subaydır.

Müjde Ar ilk dəfə rejissor Samim Deger adlı rejissorla evlənib. Hazırda siyasətçi Erkan Karakaş ilə evlidir.

Cem Yılmaz da evlənib-boşanıb. İlk evliliyi Ahu Yağtu ilə olan komediya ustasının adı hazırda tez-tez müxtəlif məşhur xanımlarla qoşa çəkilsə də, münasibətləri uzun sürmür.


 

# 2919
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Tanınmış aktrisa həmkarı ilə SEVGİLİDİR?  - FOTO

Tanınmış aktrisa həmkarı ilə SEVGİLİDİR? - FOTO

27 yanvar 2023 , 11:10
Ekranlara yeni “Eqo” gəlir - Kişilərə güvənmək olarmı?

Ekranlara yeni “Eqo” gəlir - Kişilərə güvənmək olarmı?

27 yanvar 2023 , 10:55
Nüsrət kafesinin 6 aylıq gəlirini BURA VERDİ

Nüsrət kafesinin 6 aylıq gəlirini BURA VERDİ

27 yanvar 2023 , 10:25
Məşhur reperin 3500 dollarlıq  suyu

Məşhur reperin 3500 dollarlıq suyu

27 yanvar 2023 , 09:40
Britninin evinə polislər GƏLDİ

Britninin evinə polislər GƏLDİ

26 yanvar 2023 , 18:24
Selma Hayek geyimi ilə gecəyə  DAMĞA VURDU  - FOTO

Selma Hayek geyimi ilə gecəyə DAMĞA VURDU - FOTO

26 yanvar 2023 , 18:00
Bekhem ailəsi açıq hava tualeti ilə GÜNDƏMƏ GƏLDİ

Bekhem ailəsi açıq hava tualeti ilə GÜNDƏMƏ GƏLDİ

26 yanvar 2023 , 16:51
"Kurtlar vadisi"  nin aktyoru vəfat etdi - FOTO

"Kurtlar vadisi" nin aktyoru vəfat etdi - FOTO

26 yanvar 2023 , 16:09