Müğənni Kərim xanımının  küsüb atası evinə   getməsindən DANIŞDI
29 fevral 2024 13:36 (UTC +04:00)

Müğənni Kərim xanımının küsüb atası evinə getməsindən DANIŞDI

Müğənni Kərim Abbasov qatıldığı proqramlardan birində ailə həyatı barədə danışıb.

Lent.az-ın xəbərinə görə, 13 il ailəli olduğu xanımı çox sevdiyini deyib.

“İndi qocalmışam, bir az tısım-pısım yatıb. O küsüb gedirdi atası evinə, mən də deyirdim, dalınca getməyəcəm. Amma kişilərin forsu bir həftə çəkir də. Sonra görürsən o deyil, nəsə çatışmır.

Dəfələrlə olub, könlünü almaq üçün ona mahnı bəstələmişəm. Mən onun üçün bahalı hədiyyəyəm. O da mənim üçün çox dəyərlidir. Övladımın anasıdır, bunu qoyaq bir kənara, özünü sevirəm”, - o bildirib.
 

# 44475
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar