Ramazan bayramında  küsülü məşhurlar   barışacaq?
05 aprel 2024 15:38 (UTC +04:00)

Ramazan bayramında küsülü məşhurlar barışacaq?

Ramazan bayramında şou-biznesimizin küsülü məşhurları barışıb, bir araya gəlmək niyyətindədirlər?

Lent.az sosial şəbəkələrdə məşhurlarla bağlı apardığı kiçik araşdırmanın nəticəsinə əsasən bu suala cavab verir. 

Flora Kərimova Afət Fərmanqızını bağışlamayacaq. O heç mərhum müğənni həmkarı İlhaməni də bağışlamamışdı.

Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Zamiq Hüseynovla əsla barışmayacağını bildirib. Nazim Pişyari ilə isə söhbət sual altındadır.

Müğənni Vəfa Şərifova küsülü olduğu həmkarı Zeynəb Həsənli ilə barışa biləcəyini desə də, digər həmkarı Şəbnəm Tovuzlu ilə barışmaq niyyətində deyil.

Müğənni Rəqsanənin qızı Aysun əsla bioloji atası ilə barışmayacağını bildirib.

Müğənni Təranə Qumral əsla həmkarı Nazənin və həyat yoldaşı Musa Musayevin ailəsi ilə barışmayacağını bildirib.

Müğnni Səidə Dadaşova anasından və xalalarından küsülüdür və ona belə daha rahat olduğunu söyləyib.

Müğənni Roza Zərgərli küsülü olduğu həmkarları Sevil-Sevinc bacılarını bağışlaya biləcəyini deyib.

Bəstəkar-müğənni Elza Seyidcahan Xalq artisti Nazpəri Dostəliyeva arasında da uzun illərdir küsülülük var. Elza Seyidcahan Allah xatirinə çox insanları bağışlaya biləcəyini deyib.

Meyxanaçı Vüqar Əbdülov küsülü olduğu Elza Seyidcahanla barışmayacağını açıqlayıb.

Şairə Nazilə Səfərli ilə rəqqasə Göyçək Fatimə arasında da küsülülük var. Amma onların arasındakı buzlar da əriyəcək kimi görünür.

Müğənni Samirə Yusifqızı keçmiş əri ilə əsla üz-üzə gəlmək istəmədiyini bildirib.

Müğənni Niyam Salami ilə həmkarı Aynur Dadaşova arasında da sülh gələn bayramlara qalacaq.

Amma bu il barışanlar və  barışmış kimi olanlar da var.

Brilliant Dadaşova ilə Lalə Məmmədova barışıblar.

Şou biznesin küsənləri barışdıran missiyasını daşıyan Manaf Ağayev Aşıq Mübarizlə müğənni Pünhan Piriyevi barışdırıb.

Xalq artisti Röya özü Flora Kərimovaya zeytun budağı uzadaraq soyuq savaşa son qoyub.

Aygün Kazımova Moskvada konsert salonunda baş vermiş terror zamanı konserti təşkil olunmuş Röya üçün narahatlığını bildirib və Röya da ona efir vasitəsilə təşəkkür edib.

# 3345
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar