Reper Elşad Xosedən polisə şikayət olunub.
Onunla səhnədə çıxış etməsi barədə 5500 manatlıq sövdələşmə imzalanıb.
Razılaşma zamanı reperə əvvəlcədən 500 manat beh də ödənilib. Lakin konsertin keçirilməsinə cəmi 4 saat qalmış Elşad Xose əvvəlcədən razılaşdırılmış qonorarın artırılmasını tələb edib. O, əlavə ödəniş edilməyəcəyi təqdirdə səhnəyə çıxmayacağını bildirib.
Məkan rəhbərliyi isə əvvəlcədən bağlanmış razılaşmanın dəyişdirilməsinin doğru olmadığını vurğulayaraq əlavə ödəniş etməkdən imtina edib. Nəticədə, Elşad Xose konsertə gəlməyib və proqram baş tutmayıb.
Konsertin ləğv olunmasından sonra məkana gələn müştərilərlə rəhbərlik arasında narazılıq yaranıb. Hadisənin ertəsi günü məkan sahibi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək şikayətçi olub.
Qeyd edək ki, Elşad Xose yanvarın əvvəlində Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi./ “Yeni Sabah”