Şakiranın daha bir mahnısı futbol yarışının himninə  çevriləcək
16 may 2024 13:17 (UTC +04:00)

Şakiranın daha bir mahnısı futbol yarışının himninə çevriləcək

Kolumbiyalı müğənni Şakira 2006-cı ildə Almaniyada və 4 il sonra Cənubi Afrikada keçirilən dünya çempionatında olduğu kimi, mahnısını yenidən futbola hədiyyə edəcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu dəfə onun mahnısı Copa America yarışması üçün istifadə ediləcək.

Şakiranın Cardi B ilə duet oxuduğu "Punteria" mahnısı yarışmanın himninə çevriləcək..

Təxminən bir aya yaxın, iyunun 21-dən iyulun 15-dək Amerika Kuboku zamanı futbol azarkeşləri “Punteria” mahnısını oxuyacaqlar.

Bu əsərin futbol turnirinin rəsmi mahnısı olacağı barədə məlumatı Nyu- Yorkda Şakiranın özü açıqlayıb.

Xatırladaq ki, kolumbiyalı müğənni əvvəllər “Barselona”nın əfsanəsi sayılan futbolçu Jerar Pike ilə münasibətdə olub.

Jerar və Şakira 2010-cu ildə “Waka Waka” mahnısına klip çəkilişi zamanı tanış olublar. Müğənni bir il sonra kolumbiyalı futbolçu ilə sevgi münasibəti ilə bağlı rəsmi etiraf edib. 11 illik evliliyə baxmayaraq, cütlük münasibətlərini qanuniləşdirməyib və bu onların iki oğlu böyütməsinə mane olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar