Serenay Sarıkayanın keçmiş sevgilisi Cem Yılmazdan belə intiqam  aldı
21 aprel 2024 13:43 (UTC +04:00)

Serenay Sarıkayanın keçmiş sevgilisi Cem Yılmazdan belə intiqam aldı

Serenay Sarıkaya GQ Türkiyə jurnalının “Yaradıcılıq mükafatı”na layiq görülüb və bu yaxınlarda Nyu-Yorkda keçirilən mükafatlandırma mərasimində geyindiyi dekolteli libası ilə adından söz etdirib.

Lent.az xarici mediaya istinadən bildirir ki, gözəl aktrisanın komediya ustası olan keçmiş sevgilisi Cem Yılmaz sosial media hesabında ingiltərəli aktyor Marti Feldmanın gözləri iri açılmış fotosunu paylaşıb; Bu addım “Serenaya mesaj” kimi şərh edilib.

Məşhur komediya ustası öz xəstəliyi ilə əlaqədar göz müayinəsinə getdiyini və sağ gözünün tor qişasında yaranan problemə görə paylaşım etdiyini bildirib.

Bu açıqlamaya baxmayaraq, Serenay Sarıkaya əks addım atıb. Nyu-Yorkda çəkdirdiyi fotoları yayımlayan aktyor, “Instagram” paylaşımında gözləri çarpaz görünən kadrını da yerləşdirib.

Cem Yılmaz indi pilates təlimatçısı Necla Karahalillə birlikdədir. Serenay Sarıkaya musiqiçi Mert Demirlə eşq yaşayır.

# 4905
avatar

Oxşar yazılar