Tanınmış aparıcıya AĞIR İTKİ:  "Kədərimiz sonsuzdur"
07 fevral 2023 15:16 (UTC +04:00)

Tanınmış aparıcıya AĞIR İTKİ: "Kədərimiz sonsuzdur"

Türkiyənin tanınmış aparıcısı Seren Serengilin sevgilisi Mustafa Rahman Tohmanın anası Hatay bölgəsində baş verən zəlzələdə dağıntılar altından çıxarılandan sonra həyatını itirib. 

Lent.az xəbər verir ki, Mustafa dünəndən bəri göz yaşları içində kömək istəyirdi. O, sosial mediada video paylaşaraq, "Ailəm xilas oldu. Atamın vəziyyəti yaxşıdır, anamın isə yox. Dua edin", - demişdi.

Bu gün isə anasını itirən Mustafanın acı xəbərini Seren insanlara çatdırıb:

"Canım mələyim, Tohmanın anasını itirdik. Hatayda zəlzələdə evləri çöküb, dağıntılar altında qalıblar. Uçqun altından atası qurtuldu, amma təəssüf ki, anası dayana bilmədi. Hisslərimi ifadə edə bilmirəm. Allahdan başda həyat dostum olan Tohmanın ailəsinə və zəlzələdə yaxınlarını itirən hər kəsə rəhmət diləyirəm. Kədərimiz sonsuzdur. Allah hər kəsə səbr versin".

 

# 3075
avatar

Nigar Namiq

Oxşar yazılar