Toliklə Əli Mirəliyev arasında QALMAQAL - "İlhamə xanım sizi heç  qapısına qoymurdu"
23 noyabr 2023 13:05 (UTC +04:00)

Toliklə Əli Mirəliyev arasında QALMAQAL - "İlhamə xanım sizi heç qapısına qoymurdu"

Müğənni Əli Mirəliyev və aparıcı-prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb. 

Lent.az-ın xəbərinə görə, Əli Mirəliyev verilişlərdən birində mərhum Xalq artisti İlhamə Quliyeva haqqında “Mən onun “ağsaqqalı” olmuşam” sözlərini işlədib. Canlı yayımda proqrama qoşulan Tolik Əli Mirəliyevin yalan danışdığını deyib. 

O bildirib ki, İlhamə heç zaman Əli Mirəliyevi  öz yaxınına buraxmayıb: 

“İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxanın toyunu mən prodüser olaraq təşkil etmişdim. Siz Əli müəllim orada yox idiniz. O toyda nə siz, nə sizin qızınız, nə də sizin həyat yoldaşınız vardı. İlhamə Quliyeva “Şərəf” ordeni ilə mükafatlandırılanda 300 nəfərlik məclis təşkil etmişdi. Orada da nə sən, nə ailən vardı. İlhamə xanım sizi heç qapısına qoymurdu.

Nə boş-boş danışıb camaatı aldadırsınız? Öləndən sonra onun adından yalanlar uydurub efirlərə çıxırsınız. Utanmırsınız? Ayıbdır, yekə kişisiniz. İlhamə xanım Əli Mirəliyevi heç həndəvərinə qoymurdu”, - o bildirib.

 Tolik qeyd edib ki, İlhamə xanımın sağlığında aldığı “Hammer” markalı avtomobili  onun adına olub. 

“Mən o avtomobilin sükanı arxasına əyləşib İlhamə xanımı rayonlara aparırdım. Amma bir dəfə də olsun sizi nə onun yanında gördüm, nə də onun sizin adınızı çəkməyini eşitdim. Amma siz çıxıb yalandan deyirsiniz ki, ona mənim qızım baxıb. Ayıb olsun”, - Tolik vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7491
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07