Türkiyədə məşhurlara qarşı daha bir narkotik əməliyyatı: YENİ ADLAR  -YENİLƏNİB
16 iyul 2026 10:15 (UTC +04:00)

Türkiyədə məşhurlara qarşı daha bir narkotik əməliyyatı: YENİ ADLAR -YENİLƏNİB

0

Xəbərə video əlavə edilib. 

 

***

10:02

Türkiyədə məşhurlara qarşı narkotiklə bağlı aparılan istintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun yaydığı məlumata görə, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində aparılan araşdırmalar zamanı sənətçi, aktyor, iş adamı və müxtəlif müəssisələrin rəhbərləri kimi tanınan şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, onların istifadəsini asanlaşdırması və bunun üçün şərait yaratması ilə bağlı əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub.

Prokurorluğun göstərişi əsasında İstanbul İl Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, evlərində axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınaraq prokurorluğa təqdim edilməsi tapşırılıb.

Jandarma əməkdaşlarının keçirdiyi əməliyyat zamanı prodüser Mehmet Fatih Aksoy və müğənni İlyas Yalçıntaş da daxil olmaqla 9 nəfər saxlanılıb.

Saxlanılma qərarı verilən şəxslər arasında tanınmış müğənni Sıla Gençoğlu da yer alır.

Barəsində saxlanılma qərarı çıxarılan şəxslərin siyahısı belədir:

  • İlyas Yalçıntaş

  • Mehmet Fatih Aksoy

  • Ateş İnce

  • Öner Faruk Işık

  • Şefik Ömer Dolman

  • Aybüke Albere

  • Ayşe Nur Balcı

  • İrem Haznedar

  • Orhan Yıldız

  • Burak Çelik

  • Volkan Büyükhanlı

  • Büşra Tatar

  • Cenk Çöteli

  • Feyza Cihan

  • Asude Mercan

  • Sıla Gençoğlu

  • H. Eylem İpek Şafak

  • Gökhan Şafak

  • Ümit Aslan

  • Buğra Balkaya

  • Akın Altan

  • Oğuz Alp Güler

  • Kübra Altay

  • Hilal Zeynep Hedbe

  • Melis Selçukoğlu

Hazırda istintaq davam edir.

 

 

***

09:53

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində növbəti əməliyyat keçirilib. İstintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 8-i, o cümlədən müğənni İlyas Yalçıntaş saxlanılıb.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu narkotik vasitələrlə bağlı istintaq çərçivəsində ictimaiyyət arasında sənətçi, aktyor, iş adamı və biznes sahibi kimi tanınan 25 şübhəli barəsində saxlanılma qərarı çıxarıb.

Prokurorluğun açıqlamasında bildirilib ki, aparılan araşdırma zamanı həmin şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyini, bu maddələrin istifadəsini asanlaşdırdığını və istifadə üçün məkan təmin etdiyini göstərən əsaslı şübhələri dəstəkləyən sübutlar əldə olunub.

İstintaq çərçivəsində İstanbul Vilayət Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınaraq prokurorluğa təqdim edilməsi barədə göstəriş verilib.

Keçirilən əməliyyat zamanı müğənni İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Şefik Ömər Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar və Öner Faruk Işık jandarma əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas elektron tərəzi və narkotik maddələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən müxtəlif ləvazimatlar aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar