“Keyxanım”ın nişanlısı ilə görüntüsü yayıldı
13 may 2014 19:11 (UTC +04:00)

“Keyxanım”ın nişanlısı ilə görüntüsü yayıldı

El arasında “Keyxanım” adı ilə tanınan əməkdar artist Ülviyyə Əliyevanın nişanlısından ayrılması xəbəri yayılıb. Lent.az-ın məlumatına görə, aktrisa şaiyələrdən bezdiyinə görə, yenidən ailə qurmağa hazırlaşdığı bəylə görünməyə başlayıb.

 

Xatırladaq ki, Ülviyyə Əliyeva bu yaxınlarda aparıcılar və şou-biznes nümayəndələri arasında olan futbol oyununa nişanlısı ilə birgə gəlib.

 

Qeyd edək ki, Ülviyyə Əliyeva daha əvvəl evli olub. Bu onun ikinci evliliyi olacaq. Onun ailə qurmağa hazırlaşdığı şəxs xınayaxdı firmasının sahibidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5289

Oxşar yazılar