<b>“Eurovision-2014” təmsilçimiz:</b> “ Hələ buna inanmıram” - <span style="color:red;">YENİLƏNİB
03 mart 2014 15:30 (UTC +04:00)

“Eurovision-2014” təmsilçimiz: “ Hələ buna inanmıram” - YENİLƏNİB

Azərbaycanı "Eurovision 2014” də təmsil edəcək Dilarə Kazımovanın mətbuat konfransı olub. Lent.az-ın məlumatına görə, konfransı  “İTV”-nin aparıcısı Saleh Bağırov açııb və sözü  ölkəmizi Kopenhagendə keçiriləcək “Eurovision-2014” təmsilçimizə verib.

İfaçı da media mənsublarına salamlayaraq, öz təəssüratlarını onlarla:

“Çox sağ olun ki, bu gün məni burada tək qoymamısınız. Sözün açığı, final gecəsində mənim adım açıqlananda buna inanmadım. Hələ indi də inanmıram ki, Azərbaycanı bu mötəbər turnirdə mən təmsil edəcəm. Onu deyə bilərəm ki, bu ilki çıxışım uğurlu oldu. Hətta anam da mənə söylədi ki, ötən illərdəki seçim turlarından fərqli olaraq, bu il daha uğurlu çıxış etmişəm. Anamın sözləri ilə razılaşıram. Nəticələr açıqlananda isə o, mənim uğuruma çox sevindi və ağladı. İnanıram ki, Azərbaycanı “Eurovision” yarışmasında layiqincə təmsil edəcəm, etimadınızı doğruldacam”.

Xatırladaq ki, D.Kazımova mayın 6-da Kopenhagenin "B&W” Hallerne arenasında müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq.

İştirakçımızın “Eurovision-2014”-də hansı mahnı ilə təmsil edəcəyi martın 15-dən sonra müəyyənləşəcək.

D.Kazımovanın "Eurovision” milli seçim turunda debütü 2008-ci ildə olub. O, həmin il finalda ikinci yeri tutmuşdu. 2010-cu ildə o, artıq "Milk & Kisses” qrupunun tərkibində “Eurovision”a vəsiqənin bir addımlığına kimi gəlib çıxmışdı. Elə həmin il "Milk & Kisses” qrupu Azərbaycanı Latviyada, Yurmalada keçirilən "Yeni Dalğa” televiziya müsabiqəsində layiqincə təmsil etmişdi.

Azərbaycanın "Eurovision-2014” üçün milli seçimlərinin qalibini Azərbaycano və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib.

Yalçın Süleymanov

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2273

Oxşar yazılar