Ağaxan Abdullayevin tələbəsi klipini təqdim etdi
17 aprel 2014 16:13 (UTC +04:00)

Ağaxan Abdullayevin tələbəsi klipini təqdim etdi

Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, xalq artisti Ağaxan Abdullayevin tələbəsi Tural Əzimov media nümayəndələri ilə görüş keçirib. Lent.az-ın məlumatına görə, ifaçının jurnalistlərlə görüşünün səbəbi ifa etdiyi “Nəfəsimsən” adlı mahnısına çəkilmiş klipidir. Tədbiri giriş sözü ilə açan müğənni rejissor Nicat Zeynallıya çəkilmiş klip barədə bu sözləri deyib: “İlk öncə mənə dəyər verib bura gəldiyinizə görə çox minnətdaram. Gördüyüm işi bu gün təqdim edirəm. Yeni işimin nə qədər yaxşı və ya nə qədər pis olduğunu sizlər qərar verə bilərsiz. Klipi dostum Nicat çəkib. Ekran işində əsas rolları mənimlə yanaşı model Pərviz Əliyevdə rol alıb. Görülən işdən razıyam. Bundan sonra da yaradıcılığımda yeniliklər edəcəyəm”.

 

Onu da əlavə edək ki, söz və musiqisi T.Əzimovun özünə məxsus olan “Nəfəsimsən” adlı mahnının aranjemanını Fərid İman, ekran işinin operatoru Vasif İbrahimov edib.

 

Qeyd edək ki, Turalın təqdimatına müəllimi A.Abdullayev müəyyən səbəblərdən iştirak etməyib. Onun əvəzində tanınmışlardan əməkdar artist Elza Seyidcahan, müğənnilərdən Roza Zərgərli, Vüsal Hacıyev, Murad Sadıx, Əbdül Xalid, Aysel Əlizadə, reper Qurd, prodüser Təranə Səmədova və başqaları təqdimata qatılıblar.

 

 

T.Əzimovun sözügedən “Nəfəsimsən” adlı klipini təqdim edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950

Oxşar yazılar