ATV telekanalının “Xəbərlər” proqramının aparıcısı Samirə Mustafayeva 30 yaşını təmtəraqlı qeyd edib. Lent.az-ın məlumatına görə, gecəyə şou-biznesin tanınmış simaları ilə yanaşı, səbəbkarın ən yaxın dostları da qatılıb. Onların arasında millət vəkili Qənirə Paşayeva, xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Səlim Abbasov, müğənnilərdən Günay İbrahimli, aparıcılar Zaur-Günay Baxşəliyev cütlüyü, Mətanət Əlverdiyeva və başqaları olub. Bir neçə saat davam edən ad günündə şou-biznes nümayəndələri öz ifalarını təqdim ediblər.
Qeyd edək ki, S.Mustafayeva ATV-nin əməkdaşı Vaqif Aydınoğlu ailəlidir. Bir övladları var.